Nazir: Türkiyəyə investisiyanın həcmi artırılacaq

Nazir: Türkiyəyə investisiyanın həcmi artırılacaq

“Türkiyə Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarındandır”.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşündə deyib.

“Türkiyə tərəfindən Azərbaycana 10,1 mlrd. dollar, o cümlədən qeyri-neft sektoruna 2,6 mlrd. dollar, Azərbaycan tərəfindən isə Türkiyə iqtisadiyyatına 7,9 mlrd. dollar investisiya qoyulub.

2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların həcminin 20 mlrd. dollara çatdırılması nəzərdə tutulur”, - deyə nazir bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1700-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərir.

Öz növbəsində, yeni səfir ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsinə dəstəyini davam etdirəcəyini diqqətə çatdırıb.

U.A.

0
4