Yunker Trampın qələbəsindən sonra Aİ ordusunu yaratmağı təklif edib

Yunker Trampın qələbəsindən sonra Aİ ordusunu yaratmağı təklif edib

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropa qitəsində ordu yaratmaq çağırışı ilə çıxış edib. Belə ki, Avropa İttifaqı (Aİ) Donald Trampın prezident seçilməsindən sonra uzunmüddətli perspektivdə ABŞ-a etibar edə bilməz.

Oxu.Az xəbər verir ki, bu barədə “International Business Times” yazır.

Nəşr qeyd edir ki, Yunker Trampın NATO-nun dəstəyinin azaldılmasına dair seçkiqabağı bəyanatlarına istinad edir.

“Bizə təhlükəsiz Avropa lazımdır və mən yalnız terrorizm ilə mübarizəni nəzərdə tutmuram. Bu bizə indi lazımdır. ABŞ-ın hər zaman Avropada təhlükəsizliyi dəstəkləyəcəyinə dair ideya doğru deyil. Seçkilərin nəticəsindən asılı olmayaraq, ABŞ bizim təhlükəsizliyimizi təmin edə bilməz, biz bunu özümüz etməliyik”, - Yunker Berlində çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, Aİ ABŞ-a güvənə bilməz, belə ki, Vaşinqton avropalıların təhlükəsizliyini təmin edə bilməz.

Nəşrin yazdığına görə, Avropa Komissiyasının Avropa ordusunun yaradılması çağırışı ilə çıxış etməsi ilk dəfə deyil. Sentyabrda o, Vahid Avropa hərbi qərargahının yaradılması təklifi ilə çıxış etmişdi.

N.O.

0
5