Erməni vandalizmi - FOTOFAKTLAR

Erməni vandalizmi - FOTOFAKTLAR

Özəl və ictimai mülkiyyətə ciddi ziyan dəyib.

2 aprel 2016-cı il tarixindən etibarən Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 34 şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb. 

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, özəl və ictimai mülkiyyətə ciddi ziyan dəyib. 314-ü fərdi yaşayış evi olmaqla 353 mülki bina, 3 məktəb, 3 uşaq bağçası, 1 mədəniyyət mərkəzi və digər iaşə obyektləri dağıdılıb və ya ciddi ziyan dəyib.

Həmçinin ermənilər minaları Qarqar çayı vasitəsilə cəbhəyanı kəndlərimizə axıdırlar. Belə ki, Ağdamın Əfətli kəndinin ərazisindən keçən Qarqar çayında 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərləşdirilib.

Qeyd edək ki, ermənilərin təxribatçı əməlləri hələ də davam edir, hər gün atəşkəs rejimi pozulur, mülki əhalinin sıx yaşadığı məntəqələr ağır artilleriya və iriçaplı silahlardan intensiv atəşə məruz qalır.

0
15