Bakıda məktəbin həyətində uçqun oldu – FOTO

Bakıda məktəbin həyətində uçqun oldu – FOTO

Bakı şəhəri R.İmanov adına 205 saylı tam orta məktəbin həyətində torpaq uçqunu baş verib.

Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun APA-ya verdiyi məlumata görə, məktəbin həyəti ilə avtomobil yolunun arasında uzunluğu 100 metr, hündürlüyü 2-2,5 metr olan istinad divarı uçub.

Onun sözlərinə görə, son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən istinad divarının arxasındakı tökmə torpaq qatı islanaraq ağır nəm kütlə halına gəlib və istinad divarına basqı verib:

“Bunun nəticəsində istinad divarı tamamilə uçub”.

R.Həsənov qeyd edib ki, hazırda prosesin dinamikasında aktivlik müşahidə olunur.

E.Ə.

0
6