Masallıda xüsusi reyd keçirilib

Masallıda xüsusi reyd keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti bu gün Masallı rayonunda birgə reyd keçiriblər.

Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun xəbərinə görə, reydin keçirilməsində məqsəd rayonun mağazalarında satışı qanunazidd olan dini ədəbiyyatların aşkarlanması olub.

Masalı şəhərindəki iki ticarət obyektində yerləşən mağazalardan birində yoxlama zamanı satış üçün xüsusi razılığı və lisenziyası olmayan 55 nüsxə kitab, digərində 4 nüsxə kitab, 6 ədəd DVD diski aşkarlanaraq müsadirə olunub.

Hər iki mağaza sahibi barəsində qanuna müvafiq protokol tərtib olunub, müvafiq tədbir görüləcəyi bildirilib.

E.Ə.

0
8