Bakı sakinləri nə qədər kirayə pulu ödəyir?

Bakı sakinləri nə qədər kirayə pulu ödəyir?

Bakı əhalisinin 86%-i öz şəxsi mənzilində yaşayır.

Oxu.Az bu barədə “ACT Azərbaycan” şirkətinin sentyabrın 11-dən 14-dək Bakı şəhərində apardığı sorğunun nəticələrinə istinadən xəbər verir.

Sorğuda iştirak etmiş respondentlərin 8%-i kirayədə yaşadığını, 3%-i isə dost-tanış evində sığınacaq tapdığını qeyd edib. Sorğuda iştirak edənlərin daha 3%-i ipoteka krediti ilə aldıqları evdə yaşadığını bildirib.

Kirayə mənzildə yaşayan respondentlərin 59%-i aylıq, əsasən 200-400 manat ödəniş edir. 31% respondentin kirayə haqqı üçün ayırdığı vəsait 200 manata qədərdir. 400-600 manat arası kirayə haqqı ödəyənlər sorğuda 2% təşkil edib.

Qeyd edək ki, sorğu paytaxt sakinləri arasında 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

U.A.

0
4