Bakıda Dağıstan günləri keçiriləcək

Bakıda Dağıstan günləri keçiriləcək

“Biz 30-dan çox layihə təqdim etmək niyyətindəyik”.

Cari ilin may ayında Azərbaycanda ilk dəfə Dağıstan günləri keçiriləcək. Burada biz iqtisadiyyatımızı, mədəniyyətimizi tədqim edəcəyik, respublikanın adət-ənənələri və tarixindən danışacağıq, turizim potensialını göstərəcəyik. 

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a verdiyi müsahibəsində Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatibov bildirib. 

“Biz Bakıda 30-dan çox layihə, o cümlədən faydalı qazıntıların hasilatı və emalı üzrə (bu ehtiyatların həcminə görə Dağıstan Rusiyada ilk yerlərdən birini tutur) layihə təqdim edəcəyik. 

Bizdə artıq Azərbaycan tərəfi ilə qumun aktivləşdirilməsi üzrə müəssisənin yaradılması haqqında ilkin razılaşma var. Mən üç il əvvəl respublikaya qayıtdıqda, faydalı qazıntılardan büdcəyə daxil olan gəlir 7 milyon rubl (106 min dollar) idi, indi isə 300 milyon rubldur (4,5 milyon dollar). Hesab edirəm ki, məbləğ daha çox ola bilər – milyard rubla qədər”, - respublika rəhbəri bildirib. 

0
29