Beynəlxalq Enerji Agentliyi neft çatışmazlığı proqnozlaşdırır

Beynəlxalq Enerji Agentliyi neft çatışmazlığı proqnozlaşdırır

Neft üzrə Əlcəzair sazişlərinin yerinə yetirilməsi 2017-ci ildə xammalın çatışmazlığına gətirib çıxaracaq.

Oxu.Az xəbər verir ki, bu barədə TASS Beynəlxalq Enerji Agentliyinə (BEA) istinadən məlumat yayıb.

“Əgər OPEK ölkələri həqiqətən Əlcəzair qətnamələrini yerinə yetirsələr, nəticədə neft hasilatı azalacaq, 2017-ci ildə bazarın tarazlığı bolluqdan çatışmazlığa dəyişəcək. Bu neftin böyük ehtiyatı olduğu halda baş verəcək, onların azalmasına zaman lazım olcaq”, - hesabatda deyilir.

Təşkilatın ekspertləri, həmçinin noyabrın 30-da keçiriləcək OPEK-in iclasında Əlcəzair sazişlərinin yerinə yetirilməsinə dair razılıq əldə olunmadığı, eləcə də OPEK-in ayrı-ayrı üzvləri neft hasilatını artırmağa davam etdikləri halda, bazarda 2017-ci il ərzində xammalın bolluğu müşahidə ediləcək.

N.O.

www.oxu.az

0
4