OPEK hasilatı rekord səviyyəyə çatdırıb

OPEK hasilatı rekord səviyyəyə çatdırıb

Dünya üzrə neft ehtiyatı sentyabrla müqayisədə oktyabrda sutkalıq 800 min barel artaraq 97 milyon 800 min barel təşkil edib.

Oxu.Az-ın məlumatına görə, APA Beynəlxalq Enerji Agentliyinin “Aylıq Neft Bazarı Hesabatı”na istinadən xəbər verir ki, OPEK-in xam neft hasilatı isə oktyabrda sutkalıq 230 min barel artaraq rekord həddə - 33 milyon 830 min barelə çatıb.

Artıma səbəb isə Nigeriya və Liviyanın hasilatı bərpa etməsi, o cümlədən İraqın hasilat üzrə tarixi maksimuma nail olması göstərilir.

Artıq 5-ci aydır ki, OPEK-in neft hasilatı Səudiyyə Ərəbistanı və İraqın hesabına artır. Belə ki, adı çəkilən ölkələr müvafiq olaraq sutkalıq 10 milyon 550 min barel və 4 milyon 590 min barel neft hasil ediblər.

U.A.

0
4