Daha iki erməni ictimai xadim Xocalı abidəsini ziyarət etdi

Daha iki erməni ictimai xadim Xocalı abidəsini ziyarət etdi

“Meridian” qeyri-hökumət təşkilatının Azərbaycanda səfərdə olan sədr müavini, jurnalist Suzanna Caqinyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Bakının Xətai rayonunda Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, onlar abidənin önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, noyabrın 8-də erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan da “Ana harayı” abidəsini ziyarət edib.

N.О.

0
3