Donald Trampın saytı “hack” olundu – FOTO

Donald Trampın saytı “hack” olundu – FOTO

Donald Trampın prezident seçilməsi bir çoxları üçün gözlənilməz, bəziləri üçün isə məyusluq olub. Belə ki, prezidentlik üçün müraciət etdiyi ilk vaxtlardan maraqlı qalmaqallarla yaddaşlarda qalan Tramp prezident seçildikdən sonra da bir çox maraqlı nüanslarla diqqət çəkməyi bacarıb.

Prezident seçilən D.Trampın veb-saytı hakerlər tərəfindən “hack” olunub və o qədər də xoş olmayan statuslar paylaşılıb. Hakerlər onun veb-saytına çox sadə müdaxilə ilə yeni prezident haqda öz fikirlərini paylaşıblar.

Onlar saytın URL hissəsinə istədikləri ifadələri yazmaqla bir çox sayt ziyarətçilərini təəccübləndiriblər. Məsələn, bunlardan bir nümunə olaraq URL-ə müdaxilə etməklə “Donald Trump accepts defeat”, yəni “Donald Tramp uduzduğunu qəbul edir” kimi ifadələr yer alıb.

Təbii ki, bu boşluq tez bir zamanda aradan qaldırılıb və sayt əvvəlki vəziyyətinə qaytarılıb.

Mənbə: Technote.az

U.A.

0
4