Bakıda qadın tanışına qarşı külli miqdarda dələduzluq edib

Bakıda qadın tanışına qarşı külli miqdarda dələduzluq edib

Bakı şəhər sakininə qarşı külli miqdarda dələduzluq edilib.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, paytaxt sakini, 1972-ci il təvəllüdlü Azər Mahmudov üzləşdiyi dələduzluq faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edib.

A.Mahmudov ərizəsində bildirib ki, 1971-cu il təvəllüdlü Təranə Eminova 2014-cü ilin aprel ayında onu aldadaraq 95000 ABŞ dolları və 53 min manat pulunu alıb və geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
6