Məlahət Abbasova Atatürkün bacısı obrazında - FOTO

Məlahət Abbasova Atatürkün bacısı obrazında - FOTO

Türkiyədə yaşayan Əməkdar artist, İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini Məlahət Abbasova Mustafa Kamal Atatürkün ölümünün 78-ci illiyinə həsr olunan filmə çəkilib.

Oxu.Az xəbər verir ki, aktrisa “Veda” adlı filmdə Atatürkün bacısı Makbule xanımın obrazını canlandırıb.

Ötən gün layihənin təqdimatında iştirak edən M.Abbasova bu barədə sosial şəbəkədə məlumat yayıb və fotoşəkillər paylaşıb.

Əməkdar artist vurğulayıb ki, ekran əsəri üçün Hollivudun məşhur qrim ustaları ilə əməkdaşlıq ediblər.

Filmin rejissoru Zülfi Livanelidir.

A.S.

0
5