Baş idarə rəisi Cinayət Məcəlləsinə son dəyişiklikdən danışdı

Baş idarə rəisi Cinayət Məcəlləsinə son dəyişiklikdən danışdı

“Cinayət Məcəlləsində dekriminallaşdırma ilə bağlı bir sıra dəyişiklik edilib. Həmin dəyişikliyin məğzi Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cinayət tərkibi yaradan dəymiş zərərin məbləği yuxarı həddə qaldırılmasından ibarətdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə deyib.

Baş idarə rəisinin sözlərinə görə, bu edilmiş dəyişiklik vətəndaşların hüquq və mənafeylərinin müdafiəsi məqsədi daşıyır.

“Qanuna edilmiş dəyişiklikdən sonra, cinayət tərkibi yaratmayan məbləğlər üzrə cinayət işlərinin icrasına xitam verilmişdir. Bu tipdə olan 300-ə yaxın material artıq var”, - deyə Z.Məmmədzadə qeyd edib.

Ülviyyə R. Əli

0
4