Borclu vergi ödəyiciləri risk qruplarına ayrılıb

Borclu vergi ödəyiciləri risk qruplarına ayrılıb

“Vergilər nazirliyinin kollegiyası tərəfindən 7 sentyabr 2016-cı il tarixli qərarına əsasən borclu vergi ödəyiciləri üzrə risk qrupu müəyyən edilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə deyib.

Onun sözlərinə görə, yəni risk qrupları nazirlikdə mövcud olan məlumatlar əsasında vergi ödəyicilərinin 3 risk qrupu üzrə təsnifatlaşdırılması deməkdir.

“Risk qruplarının müəyyən edilməsində məqsəd vergi borcunu ödəmə potensialı daha çox olan vergi ödəyicilərinin müəyyən edilməsi və onlarla işin operativ şəkildə təşkilidir”, - deyə baş idarənin rəisi bildirib.

Ülviyyə R. Əli

0
5