Azərbaycandan çıxışına qadağa qoyulan şəxslərin sayı açıqlandı

Azərbaycandan çıxışına qadağa qoyulan şəxslərin sayı açıqlandı

“Vergi borcları ilə bağlı olaraq 1100 nəfərin ölkədən çıxışına qadağa qoyulub”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə deyib.

“Ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəmələrə müraciət etmək Vergi Məcəlləsinə əsasən vergi orqanlarının hüququdur. Belə şəxslərin adları mütəmadi olaraq yenilənir və ictimaiyyətə açıqlanır”.

Onun sözlərinə görə hələki qanunveriicliyin tələblərinə əsasən, yalnız məhkəmə qərarı ilə vergi ödəyicisinin ölkədən getmək hüququ məhdudlaşdırılır.

Ülviyyə R. Əli

0
7