“Expressbank” manatla kiçik və orta biznes kreditləri təklif edir

“Expressbank” manatla kiçik və orta biznes kreditləri təklif edir

Daim sahibkarlara dəstək olan “Expressbank” kiçik və orta sahibkarlığın inkişafı üçün sərfəli şərtlərlə, milli valyutada biznes kreditləri təklif edir.

Kiçik və orta biznes kreditləri 500 AZN-dən 30000 AZN-dək məbləğdə olmaqla, 30 ayadək müddətə verilir. İllik 25%-dən başlayan şərtlərlə verilən kreditlərdə nəinki daşınmaz əmlak, həm də zamin və qızıl da təminat qismində çıxış edə bilər.

“Expressbank” həmçinin biznesin təhlili əsasında mövsümlülük faktoru nəzərə alınmaqla, 6 ayadək güzəşt müddətinin tətbiq edilmə imkanını da təklif edir. Bu sahibkarlara kreditin ilk aylarında maddi resurslardan daha səmərəli istifadəyə imkan verir.

Xatırladaq ki, “Expressbank” müxtəlif istiqamətlərdə kredit məhsulları təklif edir. Belə ki, biznes kreditlərindən əlavə, özəl və dövlət sektorunda çalışan işçilər üçün nağd pul istehlak kreditləri, “Smilecard” taksit kartı və s. məhsullar mövcuddur.

“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

E.Ə.

0
4