Akif Çovdarovun səhhətində problem yaranıb

Akif Çovdarovun səhhətində problem yaranıb

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən A.Çovdarovun məhkəməyə gətirilmədiyi elan olunub.

Vəkil Cavid Rzazadə jurnalistlərə bildirib ki, A.Çovdarovun səhhətində ciddi problemlər var: “Hazırda məhkəmədə fasilə elan olunub. Digər təqsirləndirilən şəxslər məhkəməyə gətirsələr də, Akif Çovdarovun səhhətində ciddi problemlər olduğu üçün prosesə gətirilməyib. Hazırda bir neçə həkim onu saxlanıldığı təcridxanada müayinə edir”.

E.Ə.

0
8