Rusiyada Krım tatarlarının məclisi qadağan edildi

Rusiyada Krım tatarlarının məclisi qadağan edildi

Qərardan bir ay ərzində şikayət etmək mümkündür.

Krımın Ali məhkəməsi “Krım-tatar xalqının məclisi” İctimai Birliyini ekstremist qrup elan edərək onun Rusiyada fəaliyyətini qadağan edib. 

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri məhkəmə zalından bildirib. 

Qərardan bir ay müddətində şikayət etmək olar. 

Məclisin qadağan edilməsinə dair iddia Krım prokurorluğuna Natalya Poklonskaya tərəfindən verilib. 

O bəyan edib ki, təşkilat sırf Rusiya əleyhinə fəaliyyətə köklənib, onun rəhbərləri Refat Çubarov və Mustafa Cəmilev isə “böyük qərb kuklaoynadanların oyuncağıdır, Krım-tatar xalqını isə xırda pul kimi istifadə edirlər”. 

Prokurorluğun məlumatına görə, məclisin liderləri türk “Boz qurd” və “Hizb ut-Tahrir əl-İslami” kimi terror təşkilatlarının muzdluları ilə əməkdaşlıq edirlər. 

0
26