Kamran Ağayev xərçəngdən əziyyət çəkən futbolçuya dəstək oldu

Kamran Ağayev xərçəngdən əziyyət çəkən futbolçuya dəstək oldu

Millimizin qapıçısı Kamran Ağayevin də formasını geyindiyi Portuqaliyanın “Boavişta” klubu futbolçusunun müalicəsi üçün bir araya toplanıb.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, komandanın 19 yaşlılardan ibarət yığmasının üzvü Edu Ferreyra xərçəngdən əziyyət çəkir.

Gənc oyunçu bu ilin iyulunda komanda ilə 2 illik müqavilə bağlamışdı. Lakin xəstəlik səbəbi ilə yaşıl meydanlardan uzaq qalıb.

Klub rəhbərliyi isə futbolçunun müalicəsinin xərclərini öz üzərinə götürüb.

Bundan əlavə, “Boavişta” klubunun futbolçuları, eləcə də Kamran Ağayev Ferreyranın müalicəsində dəstək olublar.

E.Ə.

0
3