İnterpola yeni prezident seçildi

İnterpola yeni prezident seçildi

İnterpolun yeni prezidenti seçilib.

Twitter" səhifəsində yerləşdirilən xəbərdə bildirilir ki, İnterpolun yeni sədri Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Hunvey olub.

Yeni prezident İnterpolun İndoneziyada keçirilən 85-ci Baş Assambleyasının sessiyasında seçilib.

M. Hunvey 2012-ci ildən İnterpola rəhbərlik edən fransız xanım Miley Belestrazini əvəz edib.

İnterpolun Rusiya Milli Bürosunun sədri, general-mayor Aleksandr Prokopçuk isə təşkilatın vitse-prezidenti seçilib.

0
4