ABŞ-da yeni prezidentin seçilməsinin FED-in növbəti qərarına təsirləri

ABŞ-da yeni prezidentin seçilməsinin FED-in növbəti qərarına təsirləri

Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi praktiki olaraq dekabrda keçiriləcək Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) iclasında uçot dərəcəsinin artırılması ehtimalını sıfıra endirir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu “Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen bildirib.

Seçkilərədək dekabrda keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ehtimalı 80% idi.

S.Yakobsen bildirib ki, dolların zəifləməsi ilə əlaqədar inflyasiyanın təzyiqi altında ABŞ-da resessiya təhlükəsinin artması qızılı bahalaşdıracaq: “Növbəti il ərzində qızılın unsiyasının qiyməti 1500 dollaradək arta bilər”.

Bankir qeyd edib ki, neft bir neçə ay öncə proqnozlaşdırılandan bir qədər artıq bahalaşacaq:

“İllik diapazon 35-70 dollaradək genişlənəcək. Bununla yanaşı, WTI markalı neft 62-65 dollaradək bahalaşa, ardınca isə 40 dollaradək ucuzlaşa bilər”.

U.A.

0
7