İlham Əliyev təbrik məktubları ünvanladı

İlham Əliyev təbrik məktubları ünvanladı

“Xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev  Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Oxu.Az-ın xəbərinə görə məktubda deyilir:

“Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram”.

Dövlət başçısı Niderlandın Kralı Villem-Aleksandra ölkənin Kral günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: 

“Niderland Krallığının milli bayramı – Kral günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

0
17