Almaniyanın Ankaradakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

Almaniyanın Ankaradakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

Almaniyanın Türkiyədəki səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, 1000-ə yaxın aksiyaçı Almaniya səfirliyinin binası qarşısına toplaşaraq rəsmi Berlinin PKK terror təşkilatına qarşı münasibətinə etirazlarını bildiriblər.

Aksiyada Türkiyənin PKK terrorçuları ilə toqquşmalarda şəhid olmuş hərbçiləri və polis əməkdaşlarının ailələri, veteranlar iştirak edib. Etirazçılar əllərində üzərinə “Merkel, bizim səbir kasamız dolub”, “Gizlətdiyiniz terrorçular sizə zərbə vuracaq”, “Almaniya, satqınları gizlətmə” sözləri yazılmış plakatlar tutublar.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bundan əvvəl Türkiyədə terror fəaliyyəti ilə məşğul olanlara dəstək verdiyini bildirib. Çavuşoğlunun sözlərinə görə, söhbət PKK-nın 4 minə yaxın üzvünün Ankaraya təhvil verilməsindən gedir.

Alman tərəfi heç bir sorğu təmin etməyib və PKK isə Almaniyanın hər şəhərində terror fəaliyyəti üçün pul yığır.

N.О.

0
5