Tələbələr ABŞ bayrağını yandırdı

Tələbələr ABŞ bayrağını yandırdı

Vaşinqtonda Amerika Universitetinin tələbələri Donald Trampın prezident seçilməsinə etiraz əlaməti olaraq ABŞ bayrağını yandırıblar.

APA-nın məlumatına görə, bu barədə “Washington Post” qəzeti yazıb.

Nəşrə görə, 200-dək tələbə Universitet şəhərciyində toplaşaraq müsəlmanlara qarşı dözümsüzlüyə son qoymaq və qara dərili vətəndaşların hüquqlarına hörmətlə yanaşmağı tələb ediblər.

Oxşar aksiyalar  ABŞ-ın bir neçə ştatında  keçirilib. Kaliforniya, Konnektikut, Massaçusets, Şimali Karolina ştatlarında tələbələr seçkilərin nəticələri ilə bağlı narazılıqlarını  ifadə etmək üçün küçələrə axışıb.

0
6