Azərbaycanlı boks üzrə Almaniya çempionu oldu

Azərbaycanlı boks üzrə Almaniya çempionu oldu

“Onu qonq xilas etdi”.

Aprelin 23-də Hagen şəhərində baş tutuan boks üzrə Almaniya çempionatında bu ölkədə yaşayan azərbaycanlı Ağali Alışov da iştirak edib. 

Oxu.Az Sputnik-Azərbaycana istinadən xəbər verir ki, Alışov Səid Maraş üzərində qələbə çalaraq çempion titulunu qazanıb. 

Döyüşdən qabaq mətbuat konfransında Maraş özünə inamlı şəkildə Alışovu nokaut edəcəyini bildirib. 

Bundan sonra Alışovu davaya sövq etməyə çalışıb. Amma azərbacanlı ona uymayıb, döyüş Maraşın nokdaunu ilə sona çatıb. 

“Mən boşboğazları heç bir zaman sevməmişəm və hörmət etməmişəm. Mən hər zaman sözümü rinqdə deməyə çalışmışam. 

Döyüşdən öncə hər zaman sakit olmağa və düşmənin davranışına fikir verməməyə çalışmışam. Amma onun əl-qol atmaq cəhdi məni özümdən çıxardı”, - Alışov danışıb. 

Azərbaycanlı döyüşdən qabaq məşqçisinə rəqibini nokautla məğlub etməyə söz verib: “Üçüncü raundun sona çatmasına 15 saniyə qalmış onu nokdaun etdim. Ama qonq onu nokautdan xilas etdi”. 

“Dördüncü raund başlayandan rəqib fəal şəkildə hücuma keçdi, amma mən onun qarşısını zərbələrimlə aldım. Nəticədə onun məşçisi rinqə dəsmal ataraq döyüşü saxlamağı xahiş etdi. Döyüş mənim qələbəmlə başa çatdı”, - Alışov bəyan edib. 

Döyüşdən sonra Maraş Alışovu təbrik edib: “Maraş sözünü tuta bilmədi və məğlub oldu. Döyüşdən sonra o mənə yaxınlaşıb təbrik etdi”, - qalib deyib. 

0
22