İki hərbi təyyarə göydə toqquşdu

İki hərbi təyyarə göydə toqquşdu

ABŞ-ın Kaliforniya ştatında Dəniz Piyadaçıları Korpusuna məxsus iki təyyarə göydə toqquşub.

APA-nın ABC telekanalına istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla saat 11:40-da San-Dieqo şəhəri yaxınlığında təlim-məşq uçuşu zamanı qeydə alınıb.

Telekanalın məlumatına əsasən, pilotlardan biri zədələnmiş təyyarəni Hərbi Dəniz Qüvvələrinin bazasına endirib, digər pilot isə katapult edib. Onun vəziyyəti barədə məlumat verilmir.

Hadisənin səbəbləri araşdırılır.

0
6