Saakaşvili rəsmən vəzifələrindən uzaqlaşdırıldı

Saakaşvili rəsmən vəzifələrindən uzaqlaşdırıldı

Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə məlumat Ukrayna dövlət başçısının saytında dərc edilib.

Digər sərəncamla, M.Saakaşvili Ukrayna prezidentinin ştatdankənar müşaviri vəzifəsindən də azad edilib.

Qeyd edək ki, noyabrın 7-də Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.

0
5