Ərdoğan Trampı təbrik etdi

Ərdoğan Trampı təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-da keçirilmiş prezident seçkilərinin qalibi Donald Tramp arasında telefon danışığı olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı Ərdoğan Donald Trampı noyabrın 8-də keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

İki ölkə arasında münasibətlərin qarşılıqlı maraq və  anlaşma əsasında qurulduğunu diqqətə çəkən Türkiyə prezidenti ikitərəfli münasibətlərin daha da möhkəmlənəcəyinə inandığını qeyd edib.

Tərəflər ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, terrorla mübarizə, beynəlxalq və regional səviyyədə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.

0
5