Pakistanda sərnişinlə dolu avtobus uçuruma düşüb: Ölənlər var

Pakistanda sərnişinlə dolu avtobus uçuruma düşüb: Ölənlər var

Pakistanın Bəlucistan əyalətində sərnişinlə dolu avtobus uçuruma düşüb.

Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər ölüb, daha 10-u xəsarət alıb.

Ölən və yaralananlar arasında qadın və uşaqlar var. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

S.S.

0
6