Sərnişinlə dolu avtobus uçuruma düşdü: 10 ölü, 10 yaralı

Sərnişinlə dolu avtobus uçuruma düşdü: 10 ölü, 10 yaralı

Pakistanın Bəlucistan əyalətində sərnişinlə dolu avtobus uçuruma düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 10 nəfər ölüb, daha 10-u xəsarət alıb.

Ölən və yaralananlar arasında qadın və uşaqlar var. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

0
4