Klinton məğlubiyyətini rəsmən etiraf etdi

Klinton məğlubiyyətini rəsmən etiraf etdi

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton prezident seçkilərində məğlubiyyətini rəsmən etiraf edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə, bu barədə  H.Klinton Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib.

“Ötən gecə mən Donald Trampı təbrik etdim və ölkəmizin maraqları uğrunda əməkdaşlıq etməyə hazır olduğumu bildirdim. Qalib gələ bilmədiyimizdən çox təəssüflənirəm”, deyə H.Klinton qeyd edib.

0
4