Türkiyədə PKK-dan növbəti qanlı hücum: 4 ölü, 2 yaralı

Türkiyədə PKK-dan növbəti qanlı hücum: 4 ölü, 2 yaralı

Van vilayətinin Başkale rayonunda PKK silahlıları içərisində kənd qoruyucuları olan mikroavtobusu atəşə tutublar.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya göndərilib. Onların vəziyyətləri barədə məlumat verilmir.

Terrorçuların tutulması üçün bölgədə əməliyyat başlayıb.

0
5