Ərdoğan Trampa uğur arzuladı

Ərdoğan Trampa uğur arzuladı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Donald Trampın ABŞ prezidenti seçilməsinə münasibət bildirib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan ABŞ-ın yeni dövrə qədəm qoyduğunu deyib: “Ümid edirəm ki, Amerika xalqının bu seçimi dünyada insan hüquq və azadlıqlarının, eləcə də demokratiyanın təmin edilməsində, eyni zamanda bölgəsəl problemlərin həllində müsbət rol oynayar. Mən şəxsim və millətim adına Amerika xalqının bu seçimini xeyrə bağlamaq və uğurlu olmasını arzulayıram”.

0
12