Ağdaşda keçmiş məhkum qətl törədib

Ağdaşda keçmiş məhkum qətl törədib

Ağdaşda qətl törədilib.

Oxu.Az xəbər verir ki, Ağdaş Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ağdaş şəhəri ərazisində qeydə alınıb. Rayon sakini, əvvəllər məhkum olunmuş Ramazan Qurbanov münaqişə zəminində həmyerlisi Bəkir Baxşəliyevi bıçaqlayaraq öldürüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Qurbanov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

S.B.

0
5