Millimizə qarşı qara sarğı ilə

Millimizə qarşı qara sarğı ilə

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Şimali İrlandiya millisi oyuna qara sarğı ilə çıxacaq. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, buna səbəb britaniyalıların “Atəşkəs (Sülh) günü”nü qeyd etməsidir.

Bundan əlavə İrlandiya Futbol Federasiyası FİFA-ya Şimali İrlandiyanın oyun vaxtı köynəyində və ya qol sarğısında lalə rəsmi ilə çıxması barəsində müraciət ünvanlayıb. Ancaq ali futbol qurumu bu barədə qərarı dəstəkləməyib.

Bundan əlavə, qarşılaşmanın keçiriləcəyi "Uindzor Park” stadionunun ekranında 1916-cı ildə I Dünya Müharibəsi zamanı həlak olmuş irlandiyalı futbolçuların adları göstəriləcək və bir dəqiqə sükut olacaq.

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı noyabrın 11-i Bakı vaxtilə saat 23:45-də başlayacaq.

0
8