ABŞ-da prezident seçkisində ilkin nəticələr məlum olur

ABŞ-da prezident seçkisində ilkin nəticələr məlum olur

ABŞ-a bağlı kiçik bir ada olan Guam-da seçki nəticələri məlum olub. ABŞ-da şərq saatından 15 saat öndə olan və Amerikada gününün başladığı yer olan Guam-da keçirilən seçkidə Hillari Klinton qalib gəlib.

Oxu.Az Marja.az-a istinadən xəbər verir ki, 32071 seçicinin məntəqəyə getdiyi adada, səslərin 71.63%-ni Hillari Klinton qazanıb, Donald Trump 24.16%-də qalıb. Sosialist namizəd Emidio Soltysik isə 4.22% səs yığıb.

Hamısı ABŞ vətəndaşı olan Guam sakinləri seçkidə aktiv iştirak ediblər, ancaq bu səslər prezident seçkiləri üçün keçərli olmayacaq. Guam ABŞ-ın hər hansı bir əyalətinə bağlı olmadığı üçün ABŞ Prezidentini seçəcək Nümayəndələr Məclisində təmsil edilmir.

Guamdakı seçkilər ciddi yarışa təsir etməsə də, ölkədəki seçki nəticələrinə dair mühüm bir göstərici ola bilər. Guamlılar ilk dəfə səsverməyə getdikləri 1984-cü ildən bu yana, yəni düz 32 ildir ki, ABŞ prezidentini doğru təxmin edirlər. Adadan çıxan nəticə ABŞ-ın hamısından da çıxır.

ABŞ-dakı prezident seçkisində, New Hampshir ştatının üç kəndindən gələn nəticələrə görə isə, Respublikaçıların namizədi Donald Tramp, burada, Demokratların namizədi Hillari Klintondan 32-25 səs öndədir.

New Hampshire-in Dixville Notch kəndində, 8 seçicinin səs verdiyi və 40-a yaxın jurnalist tərəfindən izlənilən qutudan, Demokratiya Partiyasının namizədi Klintona 4, rəqibi Respublikaçılar Partiyasının namizədi Trumpa 2, Azadlıq Partiyasının namizədi Gary Johnson və müstəqil namizəd Mitt Romneye bir səs çıxıb.

Gecə yarısı səs verən digər iki seçki qutusundan, Klintona 17, Trumpa 14 səs çıxarkən, Millsfield-də Trump 16 səs alaraq 4 səs alan rəqibini böyük fərqlə keçib.

ABŞ-ın New Hampshire ştatının qanunlarına görə, seçicilərin sayı 100-dən aşağı olan seçki məntəqələrində, gecə yarısından sonra səsvermə prosesi başlaya və bütün seçicilər səslərini istifadə etdikdən dərhal sonra seçki nəticələri açıqlanır.

ABŞ-ın 45-inci Prezidentinin, Demokratiya Partiyasının namizədi keçmiş ABŞ-ın xarici işlər naziri Hillari Klintonun, yoxsa Respublikaçılar Partiyasının namizədi iş adamı Donald Tramp olacağı, sabah səhər saatlarında aydınlaşacaq.

Ən çox seçici nümayəndəsini (millət vəkilini) qazanan prezident olacaq

ABŞ-ın seçki sisteminə əsasən, seçkidə ən çox səs yığmaq, Prezident seçilmək üçün kifayət etmir.

Ölkədə seçki sistemi, hər ştatın, Prezidenti ayrı-ayrı seçməsi üzərində qurulmuşdur. Ölkədə xalq, hər bir ştatda partiyaların prezidentliyə namizədinə bağlı olan “seçici” qrupuna səs verir. Əyaləti qazanan prezidentliyə namizəd, əyalətlərin əhali sıxlığına görə təyin olunan seçici nümayəndələrinin hamısını da qazanmış olur. Dolayısı ilə, seçici nümayəndələrdə əksəriyyəti qazanan, ölkənin də Preidenti olur.

Bu səbəbdən gözlər, Hillari Klinton ilə Donald Trampın xalqın nə qədərinin səsini almasında deyil, hansı ştatları qazanmasındadır.

Prezident seçilmək üçün 50 ştat və xüsusi statusu olan paytaxt Vaşinqton DC-dəki 538 seçici nümayəndəsinin tam əksəriyyətini, yəni 270-ini qazanmaq lazımdır.

Kaliforniya 55 adamla ən çox seçici nümayəndəsi üzvü saxlayan əyalətdir. İkinci yerdə 38 üzvlə Texas gəlir.

S.B.

0
9