Mogerini: “Ukrayna Aİ üçün strateji əhəmiyyət kəsb edir”

Mogerini: “Ukrayna Aİ üçün strateji əhəmiyyət kəsb edir”

Təbii qazın tranziti baxımından Ukrayna Aİ üçün strateji əhəmiyyətə malik bir ölkədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ diplomatiyasının rəhbəri Federika Mogerini bildirib.

“Ukrayna tranzit ölkə kimi strateji əhəmiyyətə malikdir”, - deyə o qeyd edib.

Mogerini qeyd edib ki, Ukrayna Aİ üçün tranzit ölkə olaraq qalmalıdır və beynəlxalq səviyyədə  bu məsələ üzərində çalışmalıdır.

Qeyd edək ki, Ukrayna Avropaya qaz tədarükünü 20 faiz artırıb.

0
7