Bakıda fəhlə faciəvi şəkildə ölüb

Bakıda fəhlə faciəvi şəkildə ölüb

Bakının Yasamal rayonu ərazisində 59 yaşlı kişi lift şaxtasına düşərək ölüb.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, rayonun A.M.Şərifzadə küçəsində inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1957-ci il təvəllüdlü Beytulla Hümbətov lift şaxtasına yıxılıb.

Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Tikinti işlərinin “İlqar-Company” MMC tərəfindən aparıldığı bildirilir.

S.B.

0
11