Şəmkirdə “Mazda” sürüyə çırpılıb, 26 qoyun tələf olub

Şəmkirdə “Mazda” sürüyə çırpılıb, 26 qoyun tələf olub

Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində avtomobil qoyun sürüsünə çırpılıb.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, Gəncə şəhər sakini Nizami Quliyevin idarə etdiyi “Mazda” markalı avtomobil yolu keçən qoyun sürüsünə çırpılıb. Nəticədə Könüllü kənd sakinlərinə məxsus 150 baş xırda buynuzlu heyvandan 26-sı tələf olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

S.B.

0
6