Cəbhədə erməni generalı məhv edildi – RƏSMİ

Cəbhədə erməni generalı məhv edildi – RƏSMİ

Azərbaycan ordusu düşmənin komanda məntəqəsini dağıdıb, video olacaq.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.

Bu barədə Oxu.Az-a Azərbaycan MN-dən bildiriblər.

Qeyd olunur ki, düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı videogörüntülər ictimaiyyətə təqdim olunacaqdır.

0
51