Rusiyalı deputatlar vətəndaşların müraciətlərinə şəxsən cavab verməli olacaqlar

Rusiyalı deputatlar vətəndaşların müraciətlərinə şəxsən cavab verməli olacaqlar

Rusiya parlamentinin Aşağı palatasının spikeri Vyaçeslav Volodin hesab edir ki, vətəndaşların müraciətlərini mütləq imzalamanın tətbiqi deputatların məsuliyyətini və iş keyfiyyətini artıracaq.

Oxu.Az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

“Deputat müraciətə cavabı imzalamalıdır və şəxsən nəzərdən keçirməlidir. Əlbəttə bu deputatın iş həcmini ciddi şəkildə artıracaq, amma yalnız bu halda hər bir vətəndaşın müraciətinin ünvanına çatmasından danışmaq olar. Seçicisinin müraciətini deputat şəxsən nəzərdən keçirəcək və imzalayacaq”, - o, deyib.

Müvafiq qərarın layihəsi artıq Dövlət Dumasının reqlament üzrə komitəsi tərəfindən dəstəklənib.

N.O.

0
7