Klinton səs verdi

Klinton səs verdi

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton Nyu-Yorkda həyat yoldaşı, ölkənin eks-prezidenti Bill Klintonla birgə səs verib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, səs verdikdən sonra Hillari Klinton seçki məntəqəsində olan seçicilərlə söhbət edib. O, prezident seçiləcəyi təqdirdə bunun özü üçün böyük bir məsuliyyət olacağını və prezidentliyin uğurlu olması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.  

Qeyd edək ki,  “Fox News”un keçirdiyi son sorğunun nəticələrinə əsasən, H.Klinton rəqibi Donald Trampı 4 faiz qabaqlayır.

0
6