“Panorama Park”-dan bu keyfiyyətə bu qiymət inanılmaz təkliflərlə – FOTO

“Panorama Park”-dan bu keyfiyyətə bu qiymət inanılmaz təkliflərlə – FOTO

“Alians Development and Construction” şirkəti 2014-cü ildən inşasına başladığı “Panorama Park” yaşayış kompleksi layihəsini professional komandası ilə birgə uğurla davam etdirir.

Layihəyə başlanıldığı andan etibarən tikintinin əlverişli yerdə yerləşməsi, inşasında istifadə olunan tikinti materiallarının dünya standartlarına uyğun olaraq həyata keçirilməsi başlıca vəzifə olub.

Azərbaycanda bina tikintisi sektorunda öz keyfiyyəti ilə hər zaman fərqlənən “Alians” mənzil alıcılarına düzgün seçim etmək üçün məlumatlarla da maarifləndirir.

“Alians” “Panorama Park” yaşayış kompleksi öz ənənlərinə sadiq qalaraq, yüksək keyfiyyətli mənzilləri inanılmaz qiymətlərə müştərilərinə təklif edərək onları yenə də sevindirir və binalarını keyfiyyətli etməklə aksiyalarını davam etdirir.

Hər zamankı kimi müştərilərini inşaata dair məlumatlandırma ənənələrinə sadiq qalan “Alians” indi də “Panorama Park” yaşayış kompleksində istifadə olunan materialların xüsusiyyət və detallarını geniş formatda nəzərinizə çatdırır. Kompleks 2017-ci ilin may ayında təmirə təhvil veriləcək.

“Panorama Park”ın tikinti konstruksiyası ventilyasiya olunan fasad sistemi üzrə tikilərək aşağıda qeyd olunan ardıcıllıqla həyata keçirilir.

- “Gobustone” - hörgü daşları (Azərbaycan);

- “Technonikol” – daş yunu (Rusiya);

- “DuPont” – istilik izolyasiyası (Amerika);

- “U-kon” - Alüminium metal konstruksiya (Rusiya);

- “Керамика Будущего” – keramika üzlük daşları (Rusiya);

“Gobustone” hörgü daşları istehsalı DIN 4102 üzrə A klass yanmayan tikinti materiallarına daxildir. QOST 30244-94 əsasən, hörgü blokları YM klassına (yanmayan material) daxildir və izolə edən səthin temperaturu +400°C qədər olduqda belə istilik izolyasiyası üçün istifadə oluna bilər.

İsveç, Finlandiya və Almaniyada aparılmış çoxsaylı tədqiqatlar nəticəsində müəyyən edilib ki, temperatur +400°C qədər qaldırıldıqda, hörgü bloklarının davamlılığı 85% artır.

“Gobustone” markası bütün yanğına davamlılıq sinifləri üzrə tətbiq edilir. Bu səbəbdən onlar, xüsusilə, yanğına qarşı və kompleks ayırıcı divarların tikilməsi üçün yararlıdır. Bundan əlavə, yanğın zamanı hörgü bloklarından tüstü, zəhərli qaz ayrılmır.

Xüsusiyyətləri

- yanmayan və oda davamlı material;

- termiki izoləedici material;

- təbii komponentlərdən hazırlanıb;

- temperaturun təsirinə qarşı həssas deyil;

- Həndəsi dəqiqlik və işləmə rahatlığı;

- “Technonikol” 80kg/m3 sıxlığa malik olan daş yunu istiliyin və soyuqluğun qarşısını alır, binanın dayanıqlılığını və uzunömürlüyünü artıran bir vasitədir.

- “DuPontTM Tyvek” - Fasad işlərində tikililərdə su buxarının tənzimlənməsini və kondensasiya olunmasını təmin edən nəfəs alan su izolyasiya örtüyüdür.

Bu izolyasiya qatının yağışa, nəmə və soyuğa davamlılığı sayəsində tikililərin dayanıqlılığını və rahatlığını artırmaq üçün istifadə edilən Tyvek, binanın korroziyaya uğramasının və nəm olmasının qarşısını alır.

- “U-kon” - Alüminium metal konstruksiya betona bərkidilən və üzlük keramika daşların saxlamaqa xidmət edən bir metal konstruksiya sistemidir.

- “Керамика Будущего” – keramika üzlük daşları yanmaya, nəmə davamlı olmaqla binanın qışda isti, yayda isə sərin qalmasını təmin edən üzlük daşlarıdır. Bu üzlük daşlarının xüsusi özəlliyi rənginin solmamasıdır.

Bu tərtib edilən ventilyasiya olunan fasad konstruksiyanın davamlığına 50 il zəmanət verilməklə, həm də sizin gələcəkdə ən önəmli olan kommunal xərclərinizə 30% qənaət etmək imkanı yaradacaq ki, sizin evlərinizin yayda sərin, qışda isti qalmasını təmin edəcək.

Mənzillərinizdən Panorama görüntülərini təmin edən Türkiyə istehsalı olan “Adopen” şirkətinin pəncərələridir.

Xüsusiyyətləri:

- profili 73 mm. qalınlığa malik;

- renqi – antrasit boz;

- şüşə 6 mm+6 mm (tenperli şüşə);

- İçində olan dəmir profilin qalınlıqı 1,2 mm;

- Xüsüsi dəmir profillər pəncərə daxilində - pəncərələr deformasiyaya uğramır.

Mənzillərinizin giriş qapıları xüsusi dizaynı ilə fərqlənən Türkiyə istehsalı olan “Trend Çelik Kapı”larıdır. Bu qapılar öz keyfiyyəti, ölçüləri ilə sizin evlərinizə daxil olacaq böyük əşyaların asanlıqda daxil olmasına, etibarlılığına və uzunömürlülüyünə zəmanət verilməklə böyük sevinc zövqü yaşadacaq.

Bina hollarında istifadə olunan keramika “Kerama Marazzi” İtaliya brendi Rusiyada istehsal olmaqla, dünyaca məşhur brendlərlə adı bir sırada çəkilən keyfiyyət nişanıdır.

Bina hollarında, divarlarda dekorativ fransız boyaları zövqlü bir dizaynda evinizi oxşayacaq.

Fillandiya istehsalı olan – “Kone” liftləri hər binada 3 lift olmaqla, 2 ədəd lift sakinlər üçün, 1 ədəd lift isə yük daşınması üçün nəzərdə tutulub.

- 1000 kq - 13 nəfər;

- 320 kq - 4 nəfər;

- 630 kq - 8 nəfər.

İstifadə olunan materiallar və eksklüziv dizayn xüsüsi “Panorama Park” yaşayış kompleksi üçün sifariş olunub. Paslanmaz poladdan olan kabin və qapıları cızılmayan uzunömürlü istifadə üçün istehsalı nəzərdə tutulub.

Xüsusi özəlliyi səssiz və sürətli hərəkət etməsidir. Liftlərin UPS mövcudluğu işıqların kəsilməsi zamanı belə sizin mənzil başına çatmanızı təmin edəcək.

“Alians Development and Construction” sizin gələcək rifahınızı düşünərək keyfiyyətli, rahat və uzunömürlü bir mənzil “Panorama Park” bəxş edir.

U.A.

0
5