Rusiya gəmiləri Hələbdəki terrorçuları bombalayacaq

Rusiya gəmiləri Hələbdəki terrorçuları bombalayacaq

Rusiya Hərbi-Dəniz Qüvvələrinin aviadaşıyıcı qrupu yaxın sutka ərzində terrorçuların Suriyanın Hələb əyalətindəki mövqelərinə raket zərbələri endirməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə “Gazeta.ru”ya Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.

Məlumatda qeyd olunur ki, “Kalibr” tipli qanadlı raketlərdən və aviasiyadan istifadə ediləcək hücumun hədəfi terrorçuların şəhərdən kənarda yerləşən mövqeləri olacaq.

İrimiqyaslı əməliyyat zamanı ən yeni silah nümunələrindən istifadə edilməsi planlaşdırılır.

0
7