PwCAzərbaycan “CEO Survey 2016” hesabatını təqdim etdi

PwCAzərbaycan “CEO Survey 2016” hesabatını təqdim etdi

“Şirkət rəhbərlərinin əksəriyyəti mənfəətin uzunmüddətli artımına əmindir”.

Bu gün PwC Azərbaycan ilk dəfə 60-dan çox qonağın iştirakı ilə ölkənin Böyük Şirkətlərinin Rəhbərləri ilə keçirdiyi İllik Sorğusunu (CEO Survey) təqdim edib.

Oxu.Az xəbər verir ki, bu sorğu PwC tərəfindən keçirilən 19-cu Qlobal CEO Araşdırmasının bir hissəsidir; sorğunun nəticələri Davosda keçirilən illik iqtisadi forumda açıqlanır.  

CEO Survey- PwC tərəfindən keçirilən və hər il dünyada yüzlərlə böyük şirkət rəhbərlərinin iştirak etdiyi mühüm araşdırmadır.

Biz öz respondentlərimizə qlobal iqtisadi tendensiyalar və onların təsiri, ayrı-ayrı ölkələrdə biznes mühiti və işgüzar dairələrdəki vəziyyətə dair bir çox suallar verir,həmçinin şirkət rəhbərlərindən hökumətin həyata keçirdiyi tədbirlərin effektivliyini qiymətləndirməyi və yaxın gələcəkdə biznesin inkişaf planlarını paylaşmağı xahiş edirik. 

Araşdırmamızın məqsədi qərar qəbul edərkən biznes və siyasətçilərə əlavə bələdçilik edə biləcək qlobal iqtisadi tələblərin müəyyən edilməsindən ibarətdir.

Azərbaycan üzrə sorğudan neft-qaz, telekommunikasiya, maliyyə və pərakəndə ticarət daxil olmaqla, 10 iqtisadi sektordan 32 rəhbər iştirak edib.

Respondentlərin 75%-i üç ilə əvvəlki dövr ilə müqayisədə bu gün şirkətlər üçün daha çox təhlükənin mövcud olduğunu qeyd etmişdir.

Şirkət rəhbərlərinin təxminən dörddə biri qlobal iqtisadi artım tempinin növbəti 12 ay ərzində yüksələcəyini proqnozlaşdırır.

“İqtisad içətinliklərə baxmayaraq, şirkət rəhbərlərinin əksəriyyəti öz şirkətlərinin mənfəətinin uzunmüddətli artımına əmindir.

Eyni zamanda, respondentlərin 75%-i üç il əvvəlki dövrlə müqayisədə bu gün şirkətlər üçün daha çox təhlükənin mövcud olduğunu hesab edirlər; lakin, bu təhlükələr biznes üçün yeni və daha əlverişli imkanlar kimi qəbul edilir”,- deyə PwC Azərbaycanın İdarəedici Partnyoru Mövlan Paşayev öz çıxışında bildirib. 

Qeyd edək ki, PwC Azərbaycan 1995-ci ildən fəaliyyət göstərir və yerli bazarda biznes-konsaltinq sahəsində peşəkar xidmətlərin göstərilməsi üzrə aparıcı yerlərdən birini tutur. 

Foto: Nüsrət Abdullayev

0
19