Rusiyaya sanksiyalar genişləndirilir

Rusiyaya sanksiyalar genişləndirilir

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirəcək.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, yeni sanksiyalara səbəb kimi Krım yarımadasının ilhaqı göstərilir.

Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri Rusiyaya qarşı yeni fərdi sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər. Slovakiya maliyyə naziri Peter Kazimir bildirib ki, müvafiq qərar Ukraynanın ərazi bütövlüyünə zərbə vuran addımlara qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində qəbul olunub.

0
6