Büdcə proqnozu 101,1 faiz icra edilib

Büdcə proqnozu 101,1 faiz icra edilib

2016-cı ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1% əməl edilib.

Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.

“Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 310 milyon 845,0 minmanat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 247 milyon 477,8 min manat çoxdur”, - deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında respublika üzrə 105 min 605 vergi ödəyicisi qeydiyyata alınıb.

U.A.

0
4