Şahbuz rayonunun icra başçısı vəzifəsindən azad edildi

Şahbuz rayonunun icra başçısı vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Nurəddin Quliyevin Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla Nurəddin Beytulla oğlu Quliyev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Rafael Qəzənfər oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

E.Ə.

0
7