Aldadan və aldanan ərəblərdir, xələl isə Azərbaycanın nüfuzuna dəyir

Aldadan və aldanan ərəblərdir, xələl isə Azərbaycanın nüfuzuna dəyir

Turizm fəaliyyətinə lisenziyaların ləğv edilməsindən istifadə edən ərəb ölkəsindən olan fırıldaqçılar Azərbaycanda birgünlük şirkətlər yaradaraq öz həmvəyənlərini aldadırlar, amma bu fəaliyyətin zərəri Azərbaycanın nüfuzuna dəyir.

Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov bildirib.

Son ildə Azərbaycanın ərəb ölkələrindən olan turistlər üçün prioritet istiqamətlərdən biri olduğu sirr deyil.

Turizmin stimullaşdırılması üçün bir sıra tədbirlər görülüb, bu tədbirlərdən biri prezident İlham Əliyevin 2015-ci ilin dekabrın 21-də imzaladığı “Lisenziyalaşdırma sahəsində bir sıra tədbirlər haqqında” fərmandır. Həmin dövrdə Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb edən sahələrin siyahısından çıxarlmışdı. Amma bir müddət sonra aldadılmış azərbaycanlı turistlər barədə məlumatlar daxil olmağa başladı, fırıldaqçılar hökumətin etibarından istifadə edirdilər. Bu yaxınlarda isə fırıldağın qurbanı ərəb ölkələrindən gələn turistlər oldu.

Bağırov bu yay öznünü şəxsən bu qəbildən olan hadisə ilə rastlaşdığını bildirib. Məsələn, Azərbaycana səfər üçün turpaket üçün pul ödəyən üç ailəni təcili yerləşdirməli olublar, aydın olub ki, hotel üçün pul köçürülməyib. Bu turistlər çıxılmaz vəziyyətə düşərək hoteldə qalmaları üçün yenidən pul ödəməli olublar.

Bu xarici vətəndaşlar öz həmvətənləri tərəfindən aldadılıblar. Assosiasiyanın rəhbəri bildirib ki, ərəb ölkələrinin bəzi vətəndaşları Azərbaycanda birgünlük şirkətlər yaradaraq, öz həmvətənlərinin ölkəmizə səfərini təşkil edirlər. Onlara ərəbdilli turistlərlə işləmək daha rahatdır, çünki dil baryeri yoxdur. Onların bəziləri burada ekoturizm təşkil edirlər, bələdçilər və brakonyerlər ilə razılaşaraq insanları Azərbaycana ova gətirirlər.

Heç nədən şübhələnməyən turistlər ov ilə qanuni əsasda məşğul olduqlarını düşünürlər, çünki lisenziya üçün ödəniş daxil olmaqla bütün xidmətlər üçün ödəniş köçürürlər. Amma nəticədə asayiş keşikçiləri tərəfindən saxlanıldıqda, Azərbaycanda ov etmək üçün onlara heç kimin lisenziya vermədiyi üzə çıxır. “Zavallı turist elə bilir ki, hər şey qanunidir, əslində isə belə deyil.

Saxlanıldıqda isə onlara elə gəlir ki, Azərbaycanda hər şey pisdir. Bura daha gəlmək lazım deyil. Vətənə qayıtdıqda isə tanışlarına heç bir şərt altında Azərbaycana getməməyi tövsiyə edir”, - ekspert bildirib.

Ərəb turistlərindən maklerlərdə əziyyət çəkib. Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatlarına görə, 2016-cı ildə ölkə ərazisində Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İraq, Suriya və Türkiyədən olan 16 brakonyer saxlanılıb.

Bağırov, həmçinin bu vəziyyətin turistik reyestri tərəfindən düzəldilə biləcəyinə ümid edir. Qeyd etmək lazımdır ki, turistik reyestrinin yaradılması Milli Məclisdə baxılan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub. Sənədin 2017-ci ildə qəbul ediləcəyi və Azərbaycan hökuməti tərəfindən təsdiqlənəcəyi gözlənilir. Əlavə olaraq isə burada turizm obyekti, bələdçi, sürücü və digər lazımi xidmətlər və sahibkarlar haqqında bütün məlumat göstəriləcək.

E.Ə.

www.oxu.az

0
6